Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2024 , 14:26

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Ramazan bayramı ilə əlaqədar 60-dan artıq qəsəbə  sakininə bayram sovqatı paylanılıb” 


“Şüvəlan bələdiyyəsi daim qəsəbənin aztəminatlı ailələrini bayram günlərində diqqət saxlayır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.

Sədrin sözlərinə görə, müqəddəs Ramazan bayramı günlərində Xəzər RİH-in təşəbbüsü ilə qəsəbənin  şəhid, qazi və aztəminatlı ailələrinə bayram sovqatı təqdim edilib.

Bayram sövqatı təqdim edərkən həm də  hər bir sakininin Ramazan bayramı münasibəti ilə təbrik edilib. Barış və mərhəmət ayı sayılan Ramazan ayında ölkəmizin xoşbəxt gələcəyi üçün dualar edildiyini deyən bələdiyyə sədri qeyd edib ki, Şüvəlan Bələdiyyəsi bündan sonra da həssas qrupa aid insanları unutmayacq.  İlin sonunadək maliyyə imkanları çərçivəsində sosial aksiyaları keçirmək niyyətindədir.

Qeyd edək ki, Ramazan bayramı ilə  əlaqədar 60-dan artıq qəsəbə  sakininə bələdiyyə sədrinin, vergi xidməti rəhbərinin və bələdiyyə qulluqçularının iştirakıyla  bayram sovqatı paylanılıb. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər